Current Vacancies

Vəzifə öhdəlikləri:

  • Layihə əsasında həcmlərin hesablanması (ümumi inşaat);
  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarının analiz edilməsi və smeta sənədinin hazırlanması, layihə-smeta sənədlərin vaxtında təhvil verilməsinin təmin edilməsi;
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi;
  • Hazırlanmış smetaya Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə uyğun olaraq nəzarətin həyata keçirilməsi;
  • Tikinti sahəsi üzrə texniki sənədləşməniin əldə edilməsində iştirak etmək,obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması,layihələndirmə üzrə tapşırıqların tərtib edilməsi
  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması; layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi.
  • Görülmüş işlər üzrə aylıq hesabatın hazırlanıb lahiyə rəhbərinə təqdim olunması;
  • Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
  • İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması;
  • İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi;
  • İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, layihə sənədlərində nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin həcmini və realizasiya müddətinin müəyyən edilməsi;
  • Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi;
  • Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;
  • Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;
  • Layihə-smeta sənədlərini lahiyə təşkilatları ilə razılaşdırmaya hazırlanması;
  • Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
  • Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı;
  • Layihəyə dair aylıq texniki hesabatların, layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi;
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması;
  • Qiymətləndirmə üçün hesabatların aparılmas;
  • Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması.
  • Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət edilməsi;Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • İnşaat mühəndisliyi üzrə Ali Təhsil;
  • Texniki şöbədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə;
  • Kompüter bilikləri: MS Outlook, MS Office (əla) və Autocad proqramları;
  • 3 ds Max, Lira- SAPR və Revit proqramları biliyi üstünlükdür;
  • Planlama və yüksək təşkilatçılıq bacarığı;
  • Avtomobil idarəetmə bacarığı (B,BC kateqoriyalı).
  • Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
  • Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və Sahədə işin planlaşdırılması prinsiplərini bilməli və Sahə işlərinə nəzarət bacarığı;
  • Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli;
  • Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq;
  • Müstəqil iş bacarığı,işində məsuliyyətlilik;
  • Ezamiyyətlərə hazırlıqlı olması;
  • Xarici dil biliyi üstünlüyü (İngilis dili, Rus dili,Türk dili);

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Texniki Ofis Mühəndisi ” qeyd edərək talent@azcdgroup.com elektron ünvanına CV göndərməniz xahiş olunur.

Contact Form

Personal and contact information
Work experience
Write down the companies, positions and dates of employment in those positions
value=""
Education information
Language skills
Computer skills
Other knowledge and skills
Additional information
Driving license
Person who can recommend for work
Name, position and contact phone number of the person from whom it is possible to get an opinion about him / her from his / her previous place of work
Notes