İşin məqsədi
Tikinti layihələrində xərclərin effektiv idarə olunmasını təmin etmək, xərcləri izləmək, görülmüş işləri yoxlamaq, müqavilə şərtlərinə uyğunluğu təmin etmək və investor vəsaitlərinin şəffaf istifadəsinə nəzarət etmək.
Əsas vəzifələr:
- Xərclərə nəzarət – Faktiki xərclərin izlənməsi, büdcə ilə müqayisəsi və fərqlərin təhlili
- İşin icra vəziyyətinin yoxlanılması – Podratçı hesabatlarının yoxlanılması və sahədəki real irəliləyişlə uyğunluğun təmin edilməsi
- Müqaviləyə uyğunluq – Ödənişlərin və hesablamaların müqavilə şərtlərinə uyğunluğunun yoxlanılması
- Bazar qiymətlərinin təhlili – Xərclərin bazar qiymətləri ilə müqayisəsi və əsassız xərclərin aşkarlanması
- Komanda koordinasiyası – Maliyyə analitiki, hüquqşünas və satınalma mütəxəssisi ilə koordinasiya
- Maliyyə hesabatlığı – Hesabatların düzgün və dəqiq hazırlanmasına nəzarət
- İnvestisiya nəzarəti – Investor vəsaitlərinin istifadəsinə nəzarət və büdcəyə uyğunluğun təmin edilməsi
- Risklərin idarə olunması – Maliyyə və əməliyyat risklərinin müəyyən edilməsi və optimallaşdırma təklifləri
Əsas göstəricilər:
- Xərc məlumatlarının dəqiqliyi və etibarlılığı
- Büdcəyə riayət olunması
- Maliyyə şəffaflığı
- Podratçı ödənişlərinə və iddialarına nəzarət
Tələblər:
- İnşaat mühəndisliyi, layihə idarəetməsi və ya əlaqəli sahə üzrə ali təhsil
- Tikinti sahəsində minimum 10 il təcrübə (sahə nəzarəti və koordinasiya daxil olmaqla)
- Liderlik və komanda idarəetmə bacarıqları
- Güclü kommunikasiya, planlama və problem həll etmə bacarıqları
- Analitik düşüncə və qərarvermə bacarığı
- AutoCAD, MS Office, Primavera P6 bilikləri (üstünlükdür)
İş şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- 5 günlük iş qrafiki (Bazar ertəsi – Cümə)
- İş saatları: 09:00–18:00
- Könüllü tibbi sığorta
- Əməkhaqqı namizədin təcrübəsinə uyğun müəyyən edilir
? CV-lərinizi göndərin: talent@azcdgroup.com
? Mövzu: PMC