Karyera

Vergi üzrə mütəxəssis

Karyera

Vergi üzrə mütəxəssis

Şirkətlər qrupu üzrə aparılan vergi uçotu və hesabatlarının düzgünlüyünə nəzarət edir, vergi risklərini vaxtında müəyyən edir və onların minimuma endirilməsini təmin edir.

Vəzifə öhdəlikləri:

  • Mühasibatlıq, maliyyə və digər şöbələrlə vergi məsələləri üzrə koordinasiyanı təmin etmək
  • Vergi öhdəliklərinin (gəlir vergisi, mənfəət vergisi, ƏDV, sadələşdirilmiş vergi və s.) düzgün hesablanmasına nəzarət
  • Mühasiblər tərəfindən hazırlanan vergi bəyannamələrini, e-qaimələri və hesabatları audit etmək
  • Vergi risklərini müəyyən edib rəhbərliyə təqdim etmək
  • Qanunvericilik çərçivəsində vergi optimallaşdırılması üzrə təkliflər hazırlamaq
  • Faktiki ödənilən vergiləri plan göstəriciləri ilə müqayisə etmək
  • Vergi uyğunsuzluqlarını analiz etmək və səbəblərini araşdırmaq
  • Proqnozlaşdırılmış vergi və maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək
  • Vergi orqanları ilə yazışmalar aparmaq və yoxlamalarda şirkəti təmsil etmək
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

Tələblər:

  • Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə ali təhsil
  • Azərbaycan dili mütləqdir; İngilis və ya Rus dili üstünlükdür
  • ACCA, PMS, DipIFR və s. sertifikatlar üstünlükdür
  • Vergi sahəsində minimum 3 il təcrübə (audit və vergi orqanları ilə iş daxil olmaqla)
  • Analitik və məntiqi düşüncə
  • 1C 8.3, E-vergilər, e-qaimə və e-faktura sistemləri üzrə bilik
  • MS Office (xüsusilə Excel) proqramlarını yaxşı bilmək
  • Yüksək məsuliyyət və dürüstlük
  • Diqqətlilik
  • Müstəqil qərarvermə bacarığı
  • Mühasiblərlə effektiv kommunikasiya bacarığı
  • Məxfi məlumatlarla işləmə bacarığı

İş şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • 5 günlük iş qrafiki (Bazar ertəsi – Cümə)
  • İş saatları: 09:00–18:00
  • Əməkhaqqı namizədin təcrübəsinə uyğun müəyyən edilir

? CV-lərinizi göndərin: talent@azcdgroup.com
? Mövzu: Vergi üzrə mütəxəssis

Faylı Seç

İcazə verilən fayl növləri: .pdf, .doc, .docx (maks. 4 MB)