Karyera


Baş Mühasib


Karyera


Baş Mühasib


Baş mühasib müəssisədə maliyyə və mühasibat uçotunun düzgün aparılmasına cavabdeh şəxsdir. Onun əsas vəzifəsi bütün maliyyə əməliyyatlarının uçotunun qanunvericiliyə uyğun şəkildə təşkil edilməsini təmin etmək, vergi və digər öhdəliklərin düzgün hesablanaraq vaxtında ödənilməsinə nəzarət etmək, maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etməkdir.

Vəzifə öhdəlikləri:
• Cəmiyyətin maliyyə-təsərrüfat mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti;
• Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, hesabatların vaxtında tərtib və təqdim edilməsini təmin etmək;
• 1C proqramında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların uçotu;
• İş və xidmətlərin maya dəyərinin hesablanması, itki və qeyri-istehsal xərclərinin mənbələrinin müəyyən edilməsi və onların qarşısının alınması ilə bağlı təkliflər hazırlanması;
• Pul vəsaitlərinin mədaxil/məxaric əməliyyatlarının uçotu, vəsait dövriyyəsi və xərclərin idarə olunması;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların, ödəniş öhdəliklərinin və əmək haqqı fondunun düzgün idarə olunmasına nəzarət;
• Mal-material və əsas vəsaitlərin inventarizasiyasında iştirak;
• Vergi orqanları, DSMF və digər dövlət qurumlarına aylıq, rüblük və illik hesabatların təqdim edilməsi;
• Vergi risklərinin hesablanması və rəhbərliyə bildirilməsi;
• Maliyyə hesabatlarının (Balans, Mənfəət və Zərər, Pul Vəsaitlərinin Hərəkəti və s.) hazırlanması;
• Əmək haqqı ilə bağlı bütün əməliyyatların vaxtında və düzgün icrasının təmin edilməsi;
• Həftəlik, aylıq, rüblük və illik icra hesabatlarının hazırlanması və təqdim edilməsi.

Tələblər:
• Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat);
• Vergi qanunvericiliyi və mühasibat uçotu standartları üzrə təcrübə;
• 1C və MS Office proqramlarında işləmə bacarığı;
• Baş mühasib kimi minimum 3 il iş təcrübəsi;
• Azərbaycan dili – mükəmməl, rus dili – arzuolunandır;
• Peşəkar mühasib sertifikatı;
• Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
• Komanda ilə işləmə bacarığı.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti

  • İş qrafiki: B.e – Cümə (5 gün)

  • İş saatı: 09:00–18:00

  • Könüllü tibbi sığorta

  • Əmək haqqı təcrübə və bacarıqlara uyğun razılaşdırılır

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsinə “Baş Mühasib” yazaraq talent@azcdgroup.com ünvanına göndərə bilərlər.

Faylı Seç

İcazə verilən fayl növləri: .pdf, .doc, .docx (maks. 4 MB)