Vəzifə haqqında:
Xərclərə nəzarət üzrə mütəxəssis təşkilatın maliyyə resurslarından səmərəli istifadə olunmasını təmin etmək məqsədilə xərclərin planlaşdırılması, monitorinqi və təhlili ilə məşğul olur. Onun əsas vəzifəsi şirkətin büdcəsinə uyğun şəkildə xərclərin həyata keçirilməsinə nəzarət etmək, artıq və ya lazımsız xərclərin qarşısını almaq, eləcə də rəhbərliyi vaxtaşırı hesabatlarla təmin etməkdir.
Vəzifə öhdəlikləri:
• Xərclərin məlumat bazasında (ERP sistemində) təqib edilməsi və yekun hesabatların hazırlanması;
• Xərclər ilə bağlı müxtəlif departamentlər və subpodratçılarla əlaqələrin saxlanılması;
• Tədarük edilən məhsul və xidmətlərin dəyərinin müəyyən edilməsi;
• Xərclərin optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
• Hesabatların tərtib edilməsi və onların düzgünlüyünə nəzarət;
• Məhsulun dəyəri barədə məlumatın ERP sisteminə daxil edilməsinə və düzgün qiymətləndirilməsinə nəzarət;
• Faktiki xərclərin büdcə ilə müqayisəsi və fərqlərin təhlili;
• Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər:
• Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə);
• Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır;
• Xərclərə nəzarət və maliyyə hesabatlılığı sahəsində nəzəri biliklər;
• Tikinti sahəsində minimum 1 il iş təcrübəsi;
• Analitik düşüncə və məntiqi yanaşma;
• 1C 8.3 proqramı ilə işləmə təcrübəsi;
• MS Office proqramlarında (xüsusilə Excel) bilik.
Əmək şəraiti:
• Pozitiv və dəstəkləyici iş mühiti
• İş qrafiki: B.e. – Cümə (5 gün)
• İş vaxtı: 09:00 – 18:00
• Könüllü tibbi sığorta
• Əmək haqqı təcrübə və bacarıqlara əsasən razılaşdırılır
? Müraciət:
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xərclərə nəzarət üzrə mütəxəssis” yazaraq talent@azcdgroup.com ünvanına göndərmələri xahiş olunur.