Karyera


Daxili nəzarət üzrə mütəxəssis

Karyera


Daxili nəzarət üzrə mütəxəssis

Daxili nəzarət üzrə mütəxəssis şirkətin proseslərinin effektivliyini qiymətləndirir, riskləri idarə etməyə dəstək verir və daxili yoxlamaların icrasını təmin edir.

Vəzifə öhdəlikləri:

• İnventarizasiya proseslərinin təşkili, icrası və təkmilləşdirilməsi;
• Proseslərin effektivliyinə nəzarət və zəif nöqtələrin aşkarlanması;
• Daxili prosedur və siyasətlərin proseslərə uyğunluğunun qiymətləndirilməsi;
• Əməliyyat və proses risklərinin identifikasiyası və idarə olunmasına dəstək;
• İllik daxili yoxlama planları çərçivəsində yoxlamaların icrası;
• Proseslərin avtomatlaşdırılması imkanlarının təhlili və təkliflərin hazırlanması;
• Şirkətin strateji məqsədlərinə uyğun prosessual tövsiyələr vermək.

Tələblər:

• Ali təhsil (İqtisadiyyat, Maliyyə, Audit, Biznes idarəçiliyi sahələri);
• Müvafiq sahədə minimum 1–2 il təcrübə;
• Daxili nəzarət prinsipləri və risk menecmenti üzrə biliklər;
• Excel, ERP sistemləri və hesabat alətləri üzrə biliklər;
• Analitik düşünmə, obyektivlik və detallara diqqət;
• Güclü müşahidəçilik və problem həll etmə bacarığı;
• Azərbaycan dili zəruridir, İngilis və ya Rus dili üstünlükdür.

Əmək şəraiti:

• Pozitiv və dəstəkləyici iş mühiti
• İş qrafiki: B.e–Cümə (5 gün)
• İş saatı: 09:00–18:00
• Könüllü tibbi sığorta
• Əmək haqqı təcrübəyə uyğun razılaşdırılır

CV-lərinizi mövzu hissəsinə “Daxili nəzarət üzrə mütəxəssis” yazaraq talent@azcdgroup.com ünvanına göndərin.

Faylı Seç

İcazə verilən fayl növləri: .pdf, .doc, .docx (maks. 4 MB)