Karyera



Hüquqşünas

Karyera



Hüquqşünas

Hüquqi sənədləri hazırlayır və onların qanunvericiliyə uyğunluğunu yoxlayır, hüquqi məsləhətlər verir, müqavilələri təhlil edir, hüquqi riskləri qiymətləndirir və qarşısını almaq üçün tədbirlər təklif edir.

Vəzifə öhdəlikləri:

· Müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
· Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
· Rəhbərlik tərəfindən qoyulan digər tapşırıqları tələb edilən qaydada icra etmək;
· Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
· Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
· Təşkilatın korporativ hüquqi sənədlərinə dəyişikliklərin və filial/nümayəndəliklərin qeydiyyatının təmin edilməsi;
· Müqavilələrin, ərizələrin, məktubların və digər hüquqi sənədlərin hazırlanması və ya hüquqi ekspertizası;
· Podraçılarla müqavilələrin razılaşdırılması;
· Məktubların, ərizələrin, pretensiyaların və digər hüquqi sənədlərin yazılması;
· Hüquq-mühafizə orqanları (xüsusilə icra şöbələri) ilə iş;
· Böyük olmayan məhkəmə proseslərində iştirak etmək.

Tələblər:

· Ali təhsil (Hüquq sahəsində);
· Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır;
· Mülki, əmək və inzibati qanunvericilik sahəsində biliklər;
· Minimum 2 il müvafiq iş təcrübəsi;
· Elektron məhkəmə və elektron vergi sistemlərində işləmək bacarığı;
· Analitik düşüncə və problem həll etmə bacarığı;
· MS Office proqramlarını yaxşı bilmək.

Əmək şəraiti:

· Pozitiv və dəstəkləyici iş mühiti
· İş qrafiki: Bazar ertəsi – Cümə (5 gün)
· İş vaxtı: 09:00–18:00
· Könüllü tibbi sığorta
· Əmək haqqı işçinin təcrübə və bacarıqlarına əsasən razılaşdırılacaq

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə talent@azcdgroup.com ünvanına göndərmələri xahiş olunur.

Faylı Seç

İcazə verilən fayl növləri: .pdf, .doc, .docx (maks. 4 MB)