Vəzifə Öhdəlikləri
Tender tələblərini (RFP, RFQ, ITT və s.) analiz etmək;
Təklif sənədlərinin vaxtında və dəqiq hazırlanmasını təmin etmək;
Təkliflərin keyfiyyətini yoxlamaq və təsdiqlənməsini təmin etmək;
Təkliflərin tamlığı üçün komanda üzvləri (texniki, maliyyə, hüquq və s.) ilə koordinasiya aparmaq;
Təkliflərin şirkətin strategiyası, imkanları və resursları ilə uyğunluğunu təmin etmək;
Tender və təkliflərlə bağlı müştərilərlə (dövlət və özəl sektor) görüşlərdə iştirak etmək, təqdimatlar etmək;
Rəqabət üstünlüyü üçün sənaye və bazar araşdırması aparmaq;
Təklif nəticələrini və performansını izləmək və təkmilləşdirmək;
Müqavilə prosesində iştirak etmək;
Layihə icrası zamanı müqavilə şərtlərinə uyğunluğu izləmək;
Podratçıları qiymətləndirmək.
Tələblər
Ali təhsil;
Azərbaycan dilində səlislik, rus dili üstünlükdür;
Tikinti satınalmalarında ən azı 5 il iş təcrübəsi;
Bazar araşdırması aparmaq qabiliyyəti və müvafiq proqram təminatında bacarıq.
İş Şərtləri
İş qrafiki: Tam iş günü (həftədə 5 gün);
İş saatları: 09:00–18:00;
Maaş: Müsahibə nəticəsinə əsasən;
Könüllü tibbi sığorta;
İş yeri: Baş ofis, Bakı.
Yuxarıdakı tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, CV-lərini talent@azcdgroup.com ünvanına göndərsinlər və mövzu hissəsində “Baş Satınalma/ Kommersiya Mütəxəssisi” qeyd etsinlər.