Vəzifə Öhdəlikləri
Satınalma prosesini prosedurlar və qaydalara uyğun şəkildə vaxtında həyata keçirmək;
Yerli və beynəlxalq bazarlarda tələb olunan məhsul və xidmətləri araşdırmaq və bazar təhlili aparmaq;
Ən uyğun təchizatçıları seçmək, yazışmaları və danışıqları idarə etmək, görüşləri təşkil etmək;
Təchizat müqavilələrini müəyyən etmək, hazırlamaq və icrasını izləmək;
Alınan məhsul və ya xidmətlərlə bağlı keyfiyyət və logistika məsələlərinin həllinə dəstək vermək;
Təchizatçı bazasını yaratmaq və saxlamaq, təchizatçıları qiymətləndirmək;
Təchizatçı şirkətlərdən qiymət təklifləri almaq, müqayisəli təhlil aparmaq və optimal təklifləri rəhbərliyə təqdim etmək;
Sifarişləri yönəltmək, prosesləri izləmək və vaxtında icrasını təmin etmək;
Tələb proqnozunu hazırlamaq və ehtiyacları müəyyən etmək;
Hesabatlar hazırlamaq və təhlil etmək;
Şirkətin mallara olan ehtiyacının müəyyən edilməsində iştirak etmək;
Etibarlı təchizatçı və satıcı bazasını inkişaf etdirmək və saxlamaq;
Yüksək keyfiyyətli məhsulları optimal qiymətə təmin etmək üçün daxili komandalarla sıx əməkdaşlıq etmək;
Beynəlxalq iqtisadi əlaqələri qurmaq üçün rəsmi danışıqlar aparmaq və tərəfdaşlarla əməkdaşlıq etmək;
Lazım olan mallar üçün sifarişlər hazırlamaq.
Tələblər
Ali təhsil və tikinti və layihə idarəçiliyi sahəsində 2–3 il iş təcrübəsi;
Dillər: Azərbaycan və Rus dilində səlis, İngilis dili arzuolunandır;
Kompüter bacarıqları: MS Office;
Tikinti standartları və layihə idarəçiliyi bilikləri;
Güclü ünsiyyət və idarəetmə bacarıqları;
Zərurət olduqda səfərlərə getmək istəyi.
İş Şərtləri
İş qrafiki: Bazar ertəsi–Cümə, həftəsonu istirahət;
İş saatları: 09:00–18:00;
Könüllü tibbi sığorta;
İş yeri: Bakı;
Maaş: Müsahibə nəticəsinə əsasən.