Satınalma üzrə aparıcı mütəxəssis müəssisənin ehtiyac duyduğu malların, iş və xidmətlərin vaxtında, səmərəli və büdcəyə uyğun şəkildə alınmasını təmin edir. Həmçinin satınalma prosesinin planlaşdırılması, təchizatçıların seçilməsi və müqavilələrin hazırlanmasında iştirak edir.
• Təchizatçıları seçmək və alış tələblərini nəzərdən keçirmək, şöbə rəhbərlərini məlumatlandırmaq;
• Satın alınmış xammal və materialların məlumat bazasını yaratmaq və yeniləmək, xərclərə nəzarət etmək və hesabat vermək;
• Xarici və yerli təchizatçıları araşdırmaq, seçmək və bazanı yeniləmək;
• Satınalma bazarını araşdırmaq, xərcləri və şərtləri yaxşılaşdırmaq üçün yeni təchizatçılar cəlb etmək;
• Təchizatçılarla endirimlər və sərfəli kredit şərtləri üzrə danışıqlar aparmaq;
• Bütün təsdiqlənmiş tələbnamələri əlaqələndirmək;
• Üçüncü şəxslərlə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırmaq;
• Şirkətin inzibati və qeydiyyat işlərinin tələblərinə riayət etmək;
• Satınalmalar haqqında aidiyyatı şəxslərə hesabat vermək;
• Tələb olunduqda daşınma və gömrük işlərini həll etmək.
• Ali təhsil (İnşaat, İqtisadiyyat, Menecment və ya aidiyyatı sahələr);
• Müvafiq sahədə minimum 3 il təcrübə;
• Təchizat bazarı və satınalma prosedurları üzrə biliklər;
• Məsuliyyətli və detallara diqqətli;
• MS Office və 1C proqramları üzrə bacarıq;
• Azərbaycan dili zəruridir, rus və ya ingilis dili üstünlükdür.
• Pozitiv və dəstəkləyici iş mühiti
• İş qrafiki: B.e–Cümə (5 gün)
• İş saatı: 09:00–18:00
• Könüllü tibbi sığorta
• Əmək haqqı təcrübəyə uyğun razılaşdırılır
CV-lərinizi mövzu hissəsinə “Satınalma üzrə aparıcı mütəxəssis” yazaraq talent@azcdgroup.com ünvanına göndərin.