İşin məqsədi
Tikinti layihələrinin başlanğıcdan tamamlanmaya qədər idarə olunması, layihələrin vaxtında, büdcə daxilində və keyfiyyət, təhlükəsizlik və müqavilə tələblərinə uyğun şəkildə icrasını təmin etmək.
Əsas vəzifələr:
- Layihənin planlaşdırılması və icrası – Ətraflı planlar, qrafiklər və mərhələlər hazırlamaq, bütün mərhələlər üzrə icranı təmin etmək
- Büdcə və xərclərin idarə olunması – Büdcənin hazırlanması, xərclərə nəzarət və artımların qarşısının alınması
- Müqavilə və tərəfdaşların idarə olunması – Müştərilər, məsləhətçilər və podratçılarla müqavilələrin idarə olunması
- Sahə nəzarəti və koordinasiya – Tikinti sahəsində işlərin koordinasiyası və nəzarəti
- Keyfiyyət və uyğunluq – Texniki standartlara və normativ tələblərə uyğunluğun təmin edilməsi
- Əməyin mühafizəsi və təhlükəsizlik (HSE) – Təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət
- Risklərin idarə olunması – Risklərin müəyyən edilməsi və qarşısının alınması tədbirləri
- Satınalma prosesinə nəzarət – Material və xidmətlərin vaxtında təmin olunması
- Proqresin izlənməsi və hesabatlıq – Layihənin gedişatının izlənməsi və hesabatların hazırlanması
- Problemlərin həlli və qərarvermə – Problemlərin operativ həlli və düzgün qərarların verilməsi
Əsas göstəricilər:
- Layihənin vaxtında tamamlanması
- Büdcəyə riayət və xərclərin optimallaşdırılması
- Tikinti keyfiyyəti
- Təhlükəsizlik və normativ uyğunluq
- Müştəri və tərəfdaş məmnuniyyəti
Tələblər:
- İnşaat mühəndisliyi, layihə idarəetməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
- Tikinti layihələrinin idarə olunması üzrə minimum 10 il təcrübə
- Tikinti prosesləri, müqavilələr və xərclərin idarə olunması üzrə bilik
- Liderlik, kommunikasiya və təşkilatçılıq bacarıqları
- MS Project, Primavera və ya oxşar proqramlarda bilik
- Güclü analitik və qərarvermə bacarığı
İş şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- 5 günlük iş qrafiki (Bazar ertəsi – Cümə)
- İş saatları: 09:00–18:00
- Könüllü tibbi sığorta
- Əməkhaqqı namizədin təcrübəsinə uyğun müəyyən edilir
? CV-lərinizi göndərin: talent@azcdgroup.com
? Mövzu: PM