Şirkətlər qrupu üzrə aparılan vergi uçotu və hesabatlarının düzgünlüyünə nəzarət edir, vergi risklərini vaxtında müəyyən edir və onların minimuma endirilməsini təmin edir.
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq, maliyyə və digər şöbələrlə vergi məsələləri üzrə koordinasiyanı təmin etmək
- Vergi öhdəliklərinin (gəlir vergisi, mənfəət vergisi, ƏDV, sadələşdirilmiş vergi və s.) düzgün hesablanmasına nəzarət
- Mühasiblər tərəfindən hazırlanan vergi bəyannamələrini, e-qaimələri və hesabatları audit etmək
- Vergi risklərini müəyyən edib rəhbərliyə təqdim etmək
- Qanunvericilik çərçivəsində vergi optimallaşdırılması üzrə təkliflər hazırlamaq
- Faktiki ödənilən vergiləri plan göstəriciləri ilə müqayisə etmək
- Vergi uyğunsuzluqlarını analiz etmək və səbəblərini araşdırmaq
- Proqnozlaşdırılmış vergi və maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək
- Vergi orqanları ilə yazışmalar aparmaq və yoxlamalarda şirkəti təmsil etmək
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər:
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə ali təhsil
- Azərbaycan dili mütləqdir; İngilis və ya Rus dili üstünlükdür
- ACCA, PMS, DipIFR və s. sertifikatlar üstünlükdür
- Vergi sahəsində minimum 3 il təcrübə (audit və vergi orqanları ilə iş daxil olmaqla)
- Analitik və məntiqi düşüncə
- 1C 8.3, E-vergilər, e-qaimə və e-faktura sistemləri üzrə bilik
- MS Office (xüsusilə Excel) proqramlarını yaxşı bilmək
- Yüksək məsuliyyət və dürüstlük
- Diqqətlilik
- Müstəqil qərarvermə bacarığı
- Mühasiblərlə effektiv kommunikasiya bacarığı
- Məxfi məlumatlarla işləmə bacarığı
İş şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- 5 günlük iş qrafiki (Bazar ertəsi – Cümə)
- İş saatları: 09:00–18:00
- Əməkhaqqı namizədin təcrübəsinə uyğun müəyyən edilir
? CV-lərinizi göndərin: talent@azcdgroup.com
? Mövzu: Vergi üzrə mütəxəssis