Karyera


Planlama mühəndisi (İnşaat)

Karyera


Planlama mühəndisi (İnşaat)

Planlama mühəndisi layihələrin vaxtında, keyfiyyətlə və səmərəli icra olunmasını təmin edən mühəndisdir. O, layihə planlarının və iş qrafiklərinin hazırlanması, işlərin gedişatına nəzarət, resursların düzgün bölüşdürülməsi və layihə üzrə risklərin idarə olunması ilə məşğul olur. Həmçinin görülən işləri təhlil edir, gecikmələrin qarşısını almaq üçün tədbirlər planı hazırlayır və rəhbərliyə mütəmadi hesabatlar təqdim edir.

Vəzifə öhdəlikləri:

• Layihələrin planlaşdırılması və detallı iş qrafiklərinin hazırlanması;
• Layihəni mərhələlərə bölmək, bölmələr arasında əlaqələri qurmaq və icra müddətini təsdiqlətmək;
• Layihənin effektivliyini mütəmadi izləmək və təhlil etmək;
• Planlama iclaslarında iştirak etmək;
• Aylıq və həftəlik hesabatların formatını razılaşdırmaq və təqdim etmək;
• Müddət və kənaraçıxmaların analizini aparmaq, işlərin vaxtında tamamlanma ehtimalını qiymətləndirmək;
• Plan üzrə gecikmələr və icra risklərini analiz etmək;
• Gecikmələrin səbəblərini müəyyən edib aradan qaldırmaq üçün inşaat mühəndisləri ilə müzakirə aparmaq;
• “Kritik yol” metodundan istifadə edərək irəliləyişin analizini aparmaq və lazım olduqda paralel işlərin başlanma vaxtını təyin etmək;
• Layihə üçün texniki, mal-material və işçi qüvvəsini hesablamaq üçün smeta mühəndisləri ilə müzakirələr aparmaq;
• Əsas material və avadanlıqların qrafikə uyğun təchizatını təmin etmək;
• Yeni layihələrin qiymətləndirilməsi və tender prosesində iştirak;
• Layihə icrası zamanı texniki dəyişikliklərin təsirlərini analiz etmək və təkliflər hazırlamaq.

Tələblər:

• Ali təhsil (İnşaat);
• Müvafiq sahədə minimum 3 il təcrübə;
• MS Office, AutoCAD, Primavera, MS Project bilikləri;
• Analitik və riyazi bacarıqlar;
• Layihə planlaşdırması və idarəçiliyi üzrə biliklər;
• Məsuliyyətli, punktual, komandada işləyə bilən;
• Azərbaycan dili sərbəst, rus və ya ingilis dili üstünlükdür.

Əmək şəraiti:

• Pozitiv və dəstəkləyici iş mühiti
• İş qrafiki: B.e–Cümə (5 gün)
• İş saatı: 09:00–18:00
• Əmək haqqı təcrübəyə uyğun razılaşdırılır

CV-lərinizi mövzu hissəsinə “Planlama mühəndisi” yazaraq talent@azcdgroup.com ünvanına göndərin.

Faylı Seç

İcazə verilən fayl növləri: .pdf, .doc, .docx (maks. 4 MB)