Planlama meneceri layihələrin ümumi planlaşdırma prosesinə rəhbərlik edən şəxsdir. O, planlama mühəndislərinin işini koordinasiya edir, layihə cədvəllərinin strategiyasını müəyyənləşdirir, resursların optimal istifadəsini təmin edir və layihənin vaxtında, büdcə çərçivəsində icrasına nəzarət edir. Həmçinin rəhbərliyə və müştəriyə layihənin planlaşdırma vəziyyəti barədə strateji hesabatlar təqdim edir.
• Sahə üzrə işlərin yerinə yetirilməsi üçün lazım olan bütün aidiyyatı sənəd və materiallarla təmin edilməsini təşkil etmək;
• Tikinti üzrə sənədləşmənin və risk qiymətləndirilməsinin hazırlanması və ərazi üçün lazımi iş metodologiyasının hazırlanıb tətbiq edilməsinə nəzarət etmək;
• Gündəlik işlərin görülməsi ardıcıllığının icrası və sahə ilə əlaqələndirilməsi;
• Subpodratçılardan alınan təkliflərin texniki və kommersiya üzrə müqayisəsini təhlil etmək və ödəniş sənədləri də daxil olmaqla subpodrat işlərini izləmək;
• Tikintinin icrası zamanı problemlərin həll edilməsi üçün təkliflər vermək və proseslər arasında ziddiyyət olduqda məlumatlandırmaq;
• Mütəmadi olaraq rəhbərliyə hesabat vermək;
• Texniki ofis üzrə siyasət və prosedurlarda iştirak etmək;
• Layihə üzrə müqavilə sənədləri ilə tanış olmaq;
• Tikinti zamanı yarana biləcək texniki problemlərin həllində iştirak etmək;
• Layihə sonunda yekun hesabatları hazırlayıb məsləhətçiyə təqdim etmək;
• Şöbənin işini təşkil etmək və illik büdcəni hazırlamaq;
• Layihələrin icrasına nəzarət və razılaşdırılmasını təmin etmək;
• Proseslərin vaxt analizini aparmaq və inkişafına nəzarət etmək;
• Gecikmələri izləmək və aradan qaldırılması üçün tədbir görmək;
• Resursların planlanması, aylıq hesabatların hazırlanması;
• İş qrafikini müəyyənləşdirib icrasına nəzarət etmək;
• Həftəlik və aylıq istehsal hesabatlarını hazırlamaq;
• İşlərin yerinə yetirilmə metodlarını hazırlamaq;
• Müraciət və yazışmaların aparılması;
• Yerinə yetirilmiş işlərin ölçülməsi və material silgisinin təşkili;
• Texniki təhvil prosesində iştirak;
• Yerinə yetirilmiş işlər üçün hesabların hazırlanması;
• Tenderlərin texniki hissəsinin hazırlanmasını təmin etmək.
• Ali təhsil (İnşaat);
• Minimum 5 il təcrübə, o cümlədən 2 il rəhbər vəzifədə;
• MS Office, AutoCAD, Primavera, MS Project bilikləri;
• Analitik düşüncə və problem həlli bacarığı;
• Layihə planlaşdırma və resurs idarəçiliyi üzrə biliklər;
• Məsuliyyətli, punktual və komanda ilə işləmə bacarığı;
• Azərbaycan dili sərbəst, rus və ya ingilis dili üstünlükdür.
• Pozitiv iş mühiti
• İş qrafiki: B.e–Cümə (5 gün)
• İş vaxtı: 09:00–18:00
• Əmək haqqı təcrübəyə uyğun razılaşdırılır
CV-lərinizi mövzu hissəsinə “Planlama meneceri” yazaraq talent@azcdgroup.com ünvanına göndərin.