Vəzifə Öhdəlikləri
Tender hazırlıq mərhələsində tələb olunan sənədləri hazırlamaq və müvafiq qaydalara uyğun təqdim etmək;
Tenderin məqsədlərinə uyğun iş təsvirlərini və tələbləri hazırlamaq;
Tender təkliflərinin təqdim olunması və qəbul olunması prosedurlarını izləmək;
Şirkətin fəaliyyətinə uyğun dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş tenderləri müəyyənləşdirmək;
Lazımi tender sənədlərini və protokollarını sürətli şəkildə hazırlamaq və sənəd qeydiyyatını aparmaq;
Tender şərtlərini, müqavilə tələblərini, texniki spesifikasiyaları və hüquqi şərtləri müəyyən etmək;
Tender prosesi ilə bağlı yazışmaları və danışıqları aparmaq;
Tələbləri analiz edib nəticələri rəhbərliyə təqdim etmək;
Tender prosesində şirkəti təmsil etmək;
Müştəri bazasının genişlənməsinə töhfə vermək;
Tender prosesi üzrə həftəlik və aylıq hesabatlar hazırlamaq;
Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqlarını qorumaq.
Tələblər
Ali təhsil;
Azərbaycan dilində səlislik; İngilis və rus dili üstünlükdür;
Əlaqədar sahədə (tikinti sektoru üstünlükdür) 3–5 il iş təcrübəsi;
E-vergi sistemi və dövlət e-tender portalı ilə işləmə bacarığı;
1C (8.3) və MS Office bilikləri;
Bazar araşdırması aparmaq və müvafiq proqram təminatında bacarıq.
İş Şərtləri
İş qrafiki: Tam iş günü (həftədə 5 gün);
İş saatları: 09:00–18:00;
Maaş: Müsahibə nəticəsinə əsasən;
Könüllü tibbi sığorta;
İş yeri: Baş ofis, Bakı.