Keyfiyyət
Biz müştəri gözləntilərini anlamağa, standartlara əməl etməyə və mükəmməlliyə nail olmağa sadiqik. Yanaşmamız aşağıdakılarla müəyyən olunur:
- Layihələrin yüksək keyfiyyətlə və səmərəli şəkildə icrası.
- Keyfiyyət üzrə bütün komandaların məsuliyyət daşıması.
- Təlim vasitəsilə bilik və bacarıqların davamlı inkişafı.
- Komanda işi, yaradıcılıq və tərəfdaşlarla səmərəli əməkdaşlığın təşviqi.
- Davamlı inkişaf prinsiplərinə uyğun fəaliyyət göstərmək.
SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit)
Biz işçilərin və müştərilərin təhlükəsizliyini, texniki tələblərə uyğunluğu və ətraf mühitin mühafizəsini prioritet sayırıq. SƏTƏM öhdəliyimizə daxildir:
- İş yerlərində hadisələrin və müştəri şikayətlərinin minimuma endirilməsi.
- Ətraf mühitin təhlükəsizliyinin təmin olunması və layihə tullantılarının azaldılması.
- İşçilərin inkişafı və rifahının dəstəklənməsi.
- Davamlılığı təşviq etmək üçün ağacəkmə kimi təşəbbüslərin həyata keçirilməsi.
Enerji İdarəetməsi
ISO 50001:2018 standartına uyğun olaraq enerji istifadəsini optimallaşdırır və əməliyyatlarda səmərəliliyi artırırıq. Foksumuz aşağıdakılardadır:
- Enerji idarəetməsinin vaxtında və effektiv şəkildə həyata keçirilməsi, bütün əməliyyat risklərinin nəzərə alınması.
- Müasir və ISO standartlarına cavab verən iş mühitlərinin yaradılması.
- Şirkətimizi yerli və beynəlxalq səviyyədə davamlı tikinti sahəsində lider mövqeyə gətirmək.
Müştəri məmnuniyyəti, keyfiyyət, təhlükəsizlik və davamlılıq bizim gördüyümüz hər bir işin təməl daşıdır.