top of page

Texniki ofis mühəndisi (Bakı)

Vəzifə öhdəlikləri:

- Layihənin icra prosessində sahədə görülmüş fiziki işlərin maliyyə hesabatı aktlarının (Forma 2 və
Forma 3) hazırlanıb, təsdiq edilməsi prosessinin təmin edilməsi;
- Həmçinin sahədə podratçı təşkilatların görmüş olduğu fiziki işlərin maliyyə hesbatı aktlarının (Forma
2 və Forma 3) təsdiqlənmiş smeta sənədləri üzrə uyğunluğunu yoxlayıb, reyestrin aparılması;
- Sahənin işlərin yerinə yetirilməsi üçün lazım olan bütün sənədlər və materiallarla təmin edilməsi;
- Tikinti üzrə sənədləşmənin qiymətləndirilməsinin hazırlanması və ərazi üçün lazımı iş
metodologiyasının hazırlanıb tətbiq edilməsi;
- Gündəlik işlərin görülməsi ardıcıllığının icrası və sahə ilə əlaqələndirilməsi;
- Subpodratçılarla mütəmadi olaraq əlaqə saxlamaq və subpodratçıya aid işlərə dair iş tələbinin
hazırlanmasına kömək etmək;
- Subpodratçılardan alınan təkliflərin texniki və kommersiya üzrə müqayisəsini təhlil etmək və ödəniş
sənədləri də daxil olmaqla subpodrat işlərini izləmək;
- Bütün tələb olunan daimi materiallar üçün tələb sənədlərini hazırlamaq, materialların təminatı və
təsdiq prosesini izləmək;
- Tikintinin icrası zamanı problemlərin həll edilməsi üçün təkliflərin verilməsi, proseslər arasında
ziddiyyət yarandıqda bu barədə lazımı şəxslərə məlumat vermək;
- İş zamanı məsuliyyətli və dəqiq olmaq, mütəmadi rəhbərliyə hesabat vermək;
- Texniki ofis üzrə siyasət və prosedurlarının həyata keçirilməsində iştirak etmək;
- Layihə üzrə müqavilə sənədləri ilə tanış olmaq (vaxt cədvəli, layihə dizayn cizgiləri, qiymət cədvəli
və s.);
- Tikinti zamanı yarana biləcək hər hansı gözlənilməz texniki çətinliklərin və digər problemlərin
həllində iştirak etmək/məlumat vermək;
- Layihənin sonunda yekun hesabatların hazırlanması və layihə rəhbərinə təhvil verilməsi.

Tələblər:

- İnşaat sahəsində ali təhsil

- Tikinti layihələrinin idarəedilməsi üzrə 3-4 il iş təcrübəsi

- MS Office, AutoCAD 2D/3D, üzrə yaxşı səviyyədə

- İngilis dili üzrə yazılı və şifahi bilik. Rus dil biliyi üstünlükdür.

İş şərtləri:

- İş qrafiki: Tam iş günü ;
- Könüllü tibbi sığorta
- İş saatları: 09:00-18:00;
- Əmək haqqı: Rəqabətə davamlı.

bottom of page