Vəzifə öhdəlikləri:
- Sahənin işlərin yerinə yetirilməsi üçün lazım olan bütün sənədlər və materiallarla təmin edilməsi;
- Gündəlik izləmə cədvəlləri, fəaliyyətin təhlili, davamiyyət daxil olmaqla, personalın idarə edilməsinə
(sahə işçiləri) nəzarət etmək.
- Tikinti üzrə sənədləşmənin və risk qiymətləndirilməsinin hazırlanması və ərazi üçün lazımı iş
metodologiyasının hazırlanıb tətbiq edilməsi;
- Sahə üzrə çertyoj və sxemlərin hazırlanması;
- Əməyin mühafizəsi üzrə işlərin görülməsini tələb etmək;
- Gündəlik işlərin görülməsi ardıcıllığının icrası və sahə ilə əlaqələndirilməsi;
- Subpodratçılarla mütəmadi olaraq əlaqə saxlamaq və subpodratçıya aid işlərə dair iş tələbinin
hazırlanmasına kömək etmək;
- Subpodratçılardan alınan təkliflərin texniki və kommersiya üzrə müqayisəsini təhlil etmək və ödəniş
sənədləri də daxil olmaqla subpodrat işlərini izləmək;
- Bütün tələb olunan daimi materiallar üçün tələb sənədlərini hazırlamaq, materialların təminatı və
təsdiq prosesini izləmək;
- Tikintinin icrası zamanı problemlərin həll edilməsi üçün təkliflərin verilməsi, proseslər arasında
ziddiyyət yarandıqda bu barədə lazımı şəxslərə məlumat vermək;
- İş zamanı məsuliyyətli və dəqiq olmaq, mütəmadi rəhbərliyə hesabat vermək;
- Texniki ofis üzrə siyasət və prosedurlarının həyata keçirilməsində iştirak etmək;
- Layihə üzrə müqavilə sənədləri ilə tanış olmaq (vaxt cədvəli, layihə dizayn çertyojları, BOQ və s.).
- Tikinti zamanı yarana biləcək hər hansı gözlənilməz texniki çətinliklərin və digər problemlərin
həllində iştirak etmək/məlumat vermək;
- Layihənin sonunda yekun hesabatların hazırlanması və layihə məsləhətçisinə təhvil verilməsi;
Tələblər:
- İnşaat sahəsində ali təhsil
- Tikinti layihələrinin idarəedilməsi üzrə 3-4 il iş təcrübəsi
- MS Office, AutoCAD 2D/3D, üzrə yaxşı səviyyədə
- İngilis dili üzrə yazılı və şifahi bilik. Rus dil biliyi üstünlükdür.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü;
- Könüllü tibbi sığorta;
- Yaşayış yeri və nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: Rəqabətə davamlı.