Vəzifə öhdəlikləri:
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin
müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
- Elektrik avadanlıqlarının və ekoloji avadanlıqların, enerji sistemlərinin texniki cəhətdən
düzgün işləməsi, vaxtında təmiri, enerji istehsalının fasiləsiz təmin edilməsi;
- Hazırlanmış layihələr barədə rəylər verilməsi, elektrik stansiyaları və şəbəkələrinin istismara
verilməsi və sınaqdan keçirilməsində iştirak edilməsi;
- Yeraltı tikililəri və kommunikasiyaları qorumaq üçün işlər görülməsi, rabitə, siqnal, ölçmə,
nəzarət, mühafizə və avtomatlaşdırma cihazlarının yoxlanılmasını, habelə qazanxanalarda
təzyiq cihazlarına nəzarətin təmin edilməsi;
- Smeta sənədlərin hazırlanması üçün iş həcmlərini toplanılması və digər metodiki göstərişləri
hazırlamaq
- Layihələrin tərtib edilməsi, oxuması və təhlil edilməsi;
- Materialların, konstruksiyaların və məmulatların araşdırılmasını, bu istiqamətdə beynəlxalq
əlaqələrin qurulması üzrə təkliflərin verilməsi;
- Texniki istismar, su təchizatı şəbəkələrinin və qurğularının fasiləsiz işləməsinin təmin
edilməsi, şəbəkələrin, qurğuların və avadanlıqların lokallaşdırılması və zərərin aradan
qaldırılması üçün işlərin aparılmasına nəzarət edilməsi;
- Su təchizatı və kanalizasiya qurğularının qeydiyyatı və sertifikatlaşdırılması, təmir
edildikdən sonra sənədlərə dəyişikliklər edilməsi;
- Tikinti işlərinin əsas mərhələlərinin istiqamət konsepsiyasının işlənib hazırlanmasında iştirak
edir;
- Tikinti və istehsalat işlərinin mərkəzi idarə olunmasını təşkil edir, podradçı və subpodradçı
təşkilat və briqadaların işlərini əlaqələndirir;
- Layihənin reallaşdırılmasının iş planına müvafiq olmasını təşkil edir;
- Layihə həyata keçirilən ərazilərə daimi baxış keçirilməsi və işlərin gedişatının
monitorinqinin icrası.
Tələblər:
- Təhsil: Texniki sahə üzrə ali təhsil;
- Təcrübə: Tikinti sahəsində 3 ildən çox iş təcrübəsi;
- Əlavə: Texniki proqramlar üzrə təcrübə;
- Dil biliyi: İngilis dili və rus dili yaxşı səviyyədə.
İş şərtləri:
-İş qrafiki: Tam iş günü;
- İş yeri (Yevlax);
- Yaşayış yeri və nahar yeməyi şirkət tərəfindən təmin edilir;
- Könüllü tibbi sığorta;
- Əmək haqqı rəqabətə davamlı.